Cəmiyyət

Təhsil Nazirliyinin rəsmisi: "Sanitar-epidemioloji vəziyyət uyğun olarsa..."

17 İyul 2020 02:30
Baxış: 3 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət edən 56 min nəfərdən 42 min nəfəri test mərhələsində iştirak edib. Bu gün pandemiya dövrünü nəzərə alsaq, namizədlərin bir mərkəzdə bu şəkildə iştiakı mümkün deyil. Buna görə də, müraciət edən namiziədlərin imtahanlarda iştirakı fərqli şəkildə təşkil ediləcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

O bildirib ki, cari ildə iştirakçı sayı məhdudlaşdırılmaqla bir neçə məkanda imtahanlar keçiriləcək:

"Bu istiqamətdə texniki təchizat işlərinə artıq start verilib. Səhər saatlarından başlayaraq, bu saata qədər 3 mindən artıq müraciət edilib. Sanitar-epidemioloji vəziyyət uyğun olarsa, yenidən müsabiqə təşkil edilə bilər".

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb və proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.