Cəmiyyət

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur - VİDEO

5 İyul 2020 20:30
Baxış: 4 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerik rayon ərazisində "Relax" ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.

Milli.Az bildirir ki, bu barədə "Xəzər" televiziyasının bölgə müxbiri Nizami Rəsulov "Facebook"da paylaşım edib.

O qeyd edib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub:

"Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun "Relax" ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir...

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.