Cəmiyyət

Bakının məşhur otelində karantin belə pozuldu - FOTO

5 İyul 2020 15:55
Baxış: 3 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah 16 şəhər və rayonda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, "Fairmont Baku" hoteli müştərilərinə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" müraciətini edib.

***

"Fairmont Baku"un karantin rejimini pozması ilə bağlı xəbər yayıldıqdan sonra, hotel paytaxt sakinlərinə həftəsonu istirahəti ilə bağlı etdiyi çağırışı şəxsi instaqram hesabından silib.

Virusun qarşısını alınması məqsədilə hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, "Fairmont Baku" buna əməl etməyib. Maraqlıdır ki, istirahət üçün hovuza üz tutanlar arasında tanınmış simalar da var.

Belə ki, aparıcı Mələk Heydərova da həmin məkana üz tutan şəxslər arasında olub. O, "Fairmont Baku"nun hovuzu kənarında çəkilmiş fotolarını şəxsi instaqram hesabında paylaşıb. Onun bu addımı heç də birmənalı qarşılanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.