Cəmiyyət

Müəllimlərin yerdəyişmə müsabiqəsində namizədlərə bəzi güzəştlər ediləcək

20 İyun 2020 08:38
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq müəllimlərin yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyəcəklər. Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Təhsil haqqında sənəd və ona əlavəni şəxsi səhifəyə yükləmək üçün son tarix 1 iyuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.