Cəmiyyət

İstixana təsərrüfatlarının sahibləri ilə onlayn görüş keçirilib

17 İyun 2020 17:11
Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən istixana təsərrüfatlarının sahibkarları ilə növbəti onlayn görüş təşkil olunub.

KOBİA-dan Trend-ə bildirilib ki, dövlət-sahibkar dialoqu platforması çərçivəsində keçirilmiş onlayn görüşdə KOBİA-nın, "Azəriqaz" İstehsalat Birliyinin, "Azərişıq" ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin, "SOCAR petroleum" QSC-nin nümayəndələri, eləcə də 50-yə yaxın istixana təsərrüfatının sahibləri iştirak ediblər.

Görüşdə sahibkarların koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhsul satışı və ixracı ilə bağlı yaranmış çətinlikləri, istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi, mazutla təminat, müasir istixanaların idarə edilməsindəki çətinliklər, tərəvəz emalı müəssisəsinin yaradılması, elektrik şəbəkəsinə qoşulma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Onlayn görüş çərçivəsində sahibkarlar tərəfindən qaldırılan bir sıra məsələlərə müvafiq qurumların nümayəndələri tərəfindən yerindəcə operativ reaksiya verilib, araşdırma tələb edən məsələlərin isə araşdırılaraq KOBİA-nın KOB dostları vasitəsilə sahibkarların məlumatlandırılacağı bildirilib.

Görüşdə sahibkarlar tərəfindən qaldırılan bütün məsələlər KOBİA tərəfindən diqqətdə saxlanılacaq və qanunvericilik çərçivəsində həllinə dəstək göstərilməsi üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.