Cəmiyyət

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu İsmayıllıdan görüntülər - FOTO

15 İyun 2020 09:53
Baxış: 1 814
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, bu təhlükəli virusun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikamızın bir sıra şəhər və rayonlarında, o cümlədən İsmayıllıda 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

Sərt karantin rejiminin qüvvəyə minməsindən sonra İsmayıllı rayonunda da insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.

Şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur. Mərkəzlə yanaşı, məhəlləarası yollara da nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.

Qeyd edək ki, digər rayon sakinlərinin İsmayıllı rayonu ərazisindən keçərək getməsində məhdudiyyət yoxdur. Ancaq onların hər hansısa yaşayış məntəqəsinə girişinə icazə verilmir və qurulan postlarda həmin şəxslərin hərəkətinə nəzarət olunur.

Milli.Az AZƏRTAC-a istinadən İsmayıllıdan çəkilən fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.