Cəmiyyət

İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi - FOTO

12 İyun 2020 21:54
Baxış: 2 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edilib və maskası olub taxmayanlara isə xəbərdarlıq edilərək marifləndirici söhbətlər aparılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xətai rayon polis idarəsinin əməkdaşları rayon ərazisində reydlər keçirib. Avtobuslarda aparılan yoxlamalar zamanı maskasız avtobusa daxil olan şəxslər avtobusdan düşürülüb və onlar barəsində protokol yazılıb.

Qeyd edək ki, ictimai nəqliyyatda maska taxmaq məcburidir. Bu qaydanı ilk dəfə pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi (FOTO) - Gallery Image

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.