Cəmiyyət

Yaşayış binasında yanğın baş verib - FOTO

12 İyun 2020 21:14
1 Şərh     Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində baş verib. İkimərtəbəli taxtadan inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində olan mənzillərdən birində qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.