Cəmiyyət

Azərbaycan Tibb Universitetində "Tibb bacısı işi" ixtisası üzrə kadrlar hazırlanacaq

11 İyun 2020 22:58
Baxış: 2 114
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Tibb Universitetində yeni tədris ilindən "Tibb bacısı işi" ixtisası üzrə də kadrların hazırlanmasına başlanılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-2021-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisaslar açılıb. Yeni dərs ili üçün bakalavriat səviyyəsi üzrə "Fizioterapiya və tibbi reabilitasiya" ixtisası üzrə ayrılan plan yerlərinin sayı 40, "Tibb bacısı işi" ixtisası üzrə ayrılan plan yerlərinin sayı 40 olub.

Magistratura səviyyəsi üzrə "Klinik (tibbi) psixologiya" və "Səhiyyə sahəsi üzrə menecment" ixtisaslarının hər biri üçün 10 plan yeri ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.