Cəmiyyət

Bakıda günvurma hallarının sayı xeyli azalıb - Coğrafiya İnstitutu

11 İyun 2020 22:49
Baxış: 2 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda anomal isti günlərin sayının artmasına baxmayaraq, günvurma halları xeyli azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, 2006-cı ildən sonra kəskin istilər zamanı tibbi meteoroloji xəbərdarlıqların verilməsi sayəsində əhali arasında günvurma hallarının sayı əvvəlki dövrlə (1995-2005-ci illər) müqayisədə xeyli azalıb:

"Məsələn, 2005-ci ildə havanın temperaturunun 35 dərəcədən yüksək olduğu günlərin sayı 17, günvurma hallarının sayı 230 olub. Amma 2010-cu ildə müvafiq olaraq 44 günə 160, 2014-cü ildə isə 20 günə 47 hadisə qeydə alınıb".

R.Məmmədov əlavə edib ki, son onilliklərdə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Bakıda ən güclü isti dalga isə 2010-cu ildə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.