İş yerini dəyişmək istəyən müəllimlər BU VACİB AMİLLƏRİ nəzərə alsınlar - Nazirlik müəllimlərə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1-5 iyun tarixlərində yerdəyişmə müsabiqəsi üçün keçiriləcək elektron sənəd qəbulu zamanı diqqət yetirilməli əsas məqamlardan biri namizədlər tərəfindən əlaqə vasitələrinin düzgün qeyd edilməsidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, bəzən elektron ərizədəki məlumatlar düzgün qeyd olunmur. Belə vəziyyət xüsusilə də artım əmsalının tətbiq edilməsi mümkün olan hallarda müşahidə edilir: "Məlumatların düzgün yerləşdirilməməsi elektron ərizəyə imtina verilməsi və ya artım əmsalının tətbiq edilməməsinə hüquqi əsas yaratsa da, məsələnin mənəvi tərəflərinin də olduğunu unutmuruq. Ona görə də belə hallar zamanı dəqiqləşdirmələr apara bilməyimiz üçün əlaqə vasitələrini düzgün qeyd etməsini namizədlərdən xahiş edirəm".
M.Camalzadə əlavə edib ki, bu müsabiqə çərçivəsində 3 kateqoriya kontingentə artım əmsalının tətbiqi yolu ilə güzəşt olunur. Belə ki, hərbçi və ya şəhid ailəsinin üzvü olan şəxslərin əvvəllər toplamış olduğu bal 1.1, iş yerini özünün yaşadığı və ya qeydiyyatda olduğu kənd məktəbinə dəyişənlərin balı isə 1.05 artım əmsalına vurularaq hesablanır. Həmin əmsalın tətbiq edilməsi üçün namizədlər müvafiq kateqoriyaya aid olduğunu təsdiq edən sənədləri elektron ərizələrinə əlavə etməlidirlər. Əlavə edilmiş sənədlərin insan tərəfindən mexaniki yolla yoxlanıldığını nəzərə alaraq, bir sıra məsələlərə əməl edilməsi tövsiyə edilir:" Sənədlərin yalnız üz qabığının yüklənilməsi kifayət etmir. Həmin sənədlərin məzmununu və kimə aid olduğunu bildirən hissələrin əlavə edilməsi zəruridir. Bundan əlavə, mövzuya aidiyyəti olmayan əşyaların, təbiət hadisələrinin və ya fərdi foto şəkillərin yüklənilməsi sənədlərin yoxlanılması prosesini daha da çətinləşdirir. Ona görə də bu məzmunda şəkillərin yüklənilməməsini xahiş edirəm. Hərbçi ailəsinin üzvü olduğunu sübut etmək üçün həyat yoldaşın hərbi xidmət keçməsini təsdiq edən arayış və nigah haqqında şəhadətnamə kifayət edir. Övladın doğum haqqında şəhadətnaməsinin və digər sənədlərin yüklənilməsinə ehtiyac yoxdur. Şəhid ailəsinin üzvü olduğunu təsdiq etmək üçün "şəhid ailəsinin üzvü" vəsiqəsinin və ya ailə tərkibi haqqında müvafiq orqandan əldə edilmiş arayışın yüklənilməsi kifayət edir. 1.05 artım əmsalının tətbiq edilməsi üçün yaşayış yeri barədə müvafiq orqandan əldə edilmiş arayışın yüklənilməsi kifayət edir. Nəzərə almaq lazımdır ki, bu artım əmsalı yalnız həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərinə münasibətdə şamil olunur. Namizəd iş yerini qeydiyyatda olduğu və ya faktiki yaşadığı şəhər və ya qəsəbə məktəbinə dəyişmək istədikdə qeyd olunan güzəşt tətbiq edilmir. Eyni mövzu üzrə sənədlərin vahid PDF sənəddə birləşdirilərək yüklənilməsi şiddətlə tövsiyə edilir. Yüklənmiş sənədlərin oxuna bilməsi (düzgün scan olunması) vacib şərtdir".
M.Camalzadə qeyd edib ki, 2014-cü ildə Bakı şəhərində keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri sistemdə görünməyəcək. Namizədin toplamış olduğu bal elektron ərizədə görünmədikdə müvafiq xanada imtahanın keçirilməsi ili, fənn, bölmə və nəticə (bal) mexaniki daxil edilməlidir. Həmin məlumatlar TN tərəfindən yoxlanılacaq.
Nazirlik rəsmisi bildirib ki, ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması tədbirləri çərçivəsində bəzən məktəblərin yeri dəyişdirilərək yeni inşa olunmuş binaya köçürülür. Belə hal əsasən məcburi köçkün məktəblərində müşahidə olunur:"Ona görə də məcburi köçkün məktəbindəki vakansiya seçiləcəyi təqdirdə, həmin məktəbin yerləşdiyi ünvanı aidiyyəti RTŞ-lərlə dəqiqləşdirməyi tövsiyə edirəm. Sənəd qəbulu dövrü ərzində məcburi köçkün rayonlarının təhsil şöbələrindən xahiş edirəm ki, bu tip sorğular olacağı təqdirdə namizədlərə kömək göstərsinlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)





