Cəmiyyət

Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verdi

25 May 2020 16:48
Baxış: 2 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı Rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.

İcra başçısı bildirib ki, digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür:

"O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.