Cəmiyyət

‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub

25 May 2020 16:26
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''OnlayNHN'' layihəsinin ikinci turuna yekun vurulub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ''Xəzər İntellektual Gənclər Klubu''nun təşkilatçılığı ilə gənclər arasında ''Evdə qal, OnlayNHNə qoşul'' şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ''OnlayNHN'' layihəsinin ikinci turuna yekun vurulub.

''Quantum'' platformasında keçirilən yarışda 70-ə yaxın komanda mübarizə aparıb. 24 suallıq oyun paketinin 22 sualını doğru cavablandıran YaSumBa GəPitİz komandası birinci, 20 cavabla Prestij və Revolver komandaları ikinci və üçüncü yerlərə sahib olub.

Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq.

Növbəti tur üçün müraciətlər 25 maydan elan ediləcək. Qeydiyyat  29 may saat 21.00-a qədər davam edəcək.

Əlavə məlumatları "Xəzər İntellektual Gənclər Klubu" və "Xəmsə Milli İntellektual Oyunu"nun facebook səhifələrindən əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.