Cəmiyyət

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum oldu

22 May 2020 18:10
0 Şərh     Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrin nəticələri məlum olub.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb. Müsahibə nəticələri barədə məlumat yaxın saatlarda namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibədə iştirak etməyən namizədlərin avqust ayında ənənəvi müsahibədə iştirak hüququ saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory