Cəmiyyət

Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq

5 May 2020 20:42
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində keçirilən kollegiya iclasında deyilib.

İclasda pandemiya dövründə ADY-nin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.

İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.