Cəmiyyət

Günün qoroskopu: mübahisələrdə aqressiv darvanmayın

7 İyun 2020 00:01
17 Şərh     Baxış: 6 125

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - çox əlverişli gündür. Məqsədə doğru aparan yolda yaranacaq elə bir sədd yoxdur ki, onu dəf edə bilməyəsiniz. Situasiyaların çətinliyindən asılı olmayaraq problemlərin öhdəsindən gələ biləcəksiniz. Bilik və bacarıqların artırılması, təcrübənin zənginləşdirilməsi, yaradıcı fəaliyyət üçün münasib zamandır.

Günün ikinci yarısında yaxşı gəlir və ya xoş xəbər əldə edə bilərsiniz. Bir zamanlar dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Onunla ünsiyyətdə sonra bu adamla yolları ayırdığınıza sevinəcəksiniz.
 

Buğa - ailə və məişət qayğılarını qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisindəki ciddi problemin həllinə aktiv başlayın. Genişmiqyaslı layihənin reallaşdırılmasını ertələyin. Dəyər verdiyiniz insanlarla münasibətlərin sərinləşməsinə səbəb olacaq hərəkətlər etməyin. Dəyərsiz, xoşunuz gəlməyən adamlarla sıx ünsiyyətdə olmayın. Belələrindən uzaq durun.

Günün ikinci yarısında tələsik qərarlar pis fəsadlarla nəticələnə bilər. Axşam saatları sakit, yorucu olmayan məşğuliyyət üçündür. Qarşınızda həddən yüksək tələblər qoymayın. İşlər o qədər də pis deyil.
 

Əkizlər - davranışınız sərt və aqressiv olmasın. Yaxın ətrafınızdakı insanların hissləri ilə oynamayın. Kəskin açıqlamalarla münaqişə yaratmayın. Bəzi işləri zarafatla demək, bununla da sərt reaksiyanı minimuma endirmək olar.

Günün ikinci yarısında təkbaşına, müstəqil şəkildə çalışın. Əsəbləşməyin, hisslərinizi tarıma çəkməyin. Bədbinliyə qatılmayın, ruhdan düşməyin. Mənəvi tarazlığa nail olmağın yollarını arayın. Əhvalınız yalnız sizdən asılıdır.
 

Xərçəng - yeni iş və ya layihə üçün əlverişli zamandır. İşlərinizdə irəliləyişlərə nail olmaq üçün münasib zamandır. Yaşamınızda yeniliklər istisna deyil. Zərərli vərdişlərdən biri ilə vidalaşın.

Günün ikinci yarısında yeni layihəyə başlamaq olar.

Yaxınlarınızın rifahını düşünün. Təhlükə və ya əndişəyə qapılmayın, sinirlənməyin. Axşam saatlarında dəyər verdiyiniz insanla bağlı yaxşı xəbər və ya xoş sürprizlə qarşılaşacaqsınız.

Şir - qarışıq, laübəli gündür. Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Mənasız məsələyə görə mübahisə, qarşıdurma istisna deyil. Çətin olsa da, təmkinli və soyuqqanlı olun. Emosiyaların sağlam məntiqi üstələməsinə imkan verməyin.

Hirsli, aqressiv olmayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Hər addımbaşı liderlik məziyyətlərinizi nümayiş etdirməyə çalışmayın. Axşam saatlarında normal istirahət edin, dincəlin.

Qız - çox mürəkkəb gündür. Ciddi problemləri çözmək istəyirsinizsə, soyuqqanlı davranın. Hansısa məsələdə sizinlə razılaşmayan insanı dinləməklə yanaşı, onun dediklərini anlamağa və təhlil etməyə can atın. İnsanların gur olduqları tədbirlərə qatılmayın. İctimai tədbir və ya siyasi aksiyada iştirakı ertələyin.

Günün ikinci yarısında adi vaxtlarla müqayisədə daha çox risk etməyin. Belədə problemlərin sayı sürətlə arta bilər. Alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələlərində sayıq olun. İşgüzar danışıqlar və səfər pis nəticə verməyəcək.

Tərəzi - mühüm məsələlərin müzakirəsi və həlli üçün əlverişli gündür. Bəyənmədiyiniz, xoşlamadığınız insanlarla ünsiyyətdən belə, xeyir əldə edə bilərsiniz. Az sonra karınıza gələcək, yaxşı gəlir əldə etməyə imkan verəcək informasiya əldə edə bilərsiniz.

Günün ikinci yarısında pul xərcləməyə tələsməyin. Alış-verişdə bədxərclik etməyin.

Adi və rutin işlərlə məşğul olmaq sizi yormayacaq. Gərəksiz əşyalar və hisslərdən qurtulun. Bədbinlik, komplekslər və yanlış düşüncələrlə vidalaşın. Bütün bunlar sizin irəliyə doğru hərəkətinizə mane olur.

Əqrəb - uğurlar kiçik, amma asan əldə ediləndir. İzafi səylərə heç bir ehtiyac yoxdur. Rəğbət bəslədiyiniz, laqeyd qalmadığınız insanlarla təmaslar üçün əlverişli gündür. Dəyər verdiyiniz insanın marağını cəlb edə bilərsiniz.

İşgüzar fəaliyyətlə bağlı, habelə əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanla müzakirə etməyin.

Günün ikinci yarısında dedi-qodu və şayiələrə əsla əhəmiyyət verməyin. Heç bir halda yalan məlumatın yayılmasında iştirak etməyin. Hər hansı addımı gizlətməyə çalışsanız da, bu olay az sonra faş olacaq.

Oxatan - ciddi problemlər olmayacaq. Bir şərtlə ki, həmin problemləri özünüz yaratmayasanız. Məntiq və intuisiya ilə hərəkət edin. Naqolay situasiyaya düşməməyə çalışın.

Birgə layihələrə qatılmayın. Tək çalışın, müstəqil olun. Sizinlə manipulyasiya edən adamın toruna düşərək münaqişə iştirakçısına çevrilməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi təhlil edin. Bədxahlardan birinin çirkin əməlininin üstünü aça bilərsiniz. Önəm vermədiyiniz insanın sizə etdiyi yaxşılıqlardan xəbər tutacaqsınız.

Oğlaq - faydalı işlə məşğul olun. Məhsuldar gündür. Böyük uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız işlərə sərf etməyin. Yaxın gələcəklə bağlı planlar qurun. Strateq olun, fəaliyyət taktikasını dürüst müəyyənləşdirin.

Günün ikinci yarısında yaxınlarınız emosiyalara qapıla bilərlər. Soyuqqanlı olun, küsənləri barışdırın, ruhdan düşənlərə ürək-dirək verin. Yolundan çıxanlara düzgün yol göstərin.

Axşam saatlarında səbrli olun.

Dolça - mübahisələrdə aqressiv darvanmayın, öz fikrini bildirən insanı aşağılamağa çalışmayın. Bununla belə, mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hadisələrin uğurlu məcrada cərəyan etməsi sizə çoxdan bəri gerçəkləşdirməyə can atdığınız işə başlamağa imkan verəcək.

Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi aşağıdır. İşlərdə yaranan problemlər sizi ruhdan salmasın. Məsləhətə ehtiyacınız var. Bəzi məsələlərin çözümünü ertələmək olar.

Axşam saatlarında səhhətinizə fikir verin. Gəzintiyə çıxa bilərsiniz.

Balıqlar - istirahət və əyləncəni bir qədər təxirə salın. Maraqlı, amma çətin işə başlamaqdan qorxmayın. Xoş sürprizlər istisna deyil. Olayların əlverişli məcrası sizə faydalı ideyalardan birini reallaşdırmağa imkan verəcək.

Günün ikinci yarısında yeni müttəfiq və ya həmfikirlər tapacaqsınız. Dostlarla təmaslar, romantik görüşlər müsbət emosiyalar bəxş edəcək.

Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun.
 

Milli.Az

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    ALYaSkA · 7 İyun 00:1895

    İşlər o qədər də pis deyil,düzdü...Amma enerjim tükənmək üzrədir.Aktiv ola bilmirəm.:)

    Cavab yaz
  • Anonim
    ALYaSkA · 7 İyun 00:29135

    Sigmund Freud_Qarşınızdakı insanı dinləyirsiniz,yoxsa danışmaq üçün növbəni gözləyirsiniz?

    Cavab yaz
    • Anonim
      Papatya · 7 İyun 09:2375

      Salam Alyaska. Necesen ?)

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 7 İyun 23:0100

        Eleykumə salam Papatya. Çox sağ ol mən yaxşıyam❤️) Bəs sən bu səhifədə necesen?:)

        Cavab yaz
      • Anonim
        ALYaSkA · 7 İyun 23:0300

        Bizi böyük maraqda tərk etdiyin o sualı nə vaxt verəcəksən?)) Mən hər gün o sualın nə olduğunu düşünürəm))

        Cavab yaz
  • Anonim
    Ağsaqqal · 7 İyun 06:322528

    Esra birdə salam ! Sənə ünvanlanan dünənki tövsiyyə ,məsləhət xarakterli şərhim sadəcə sənin yaxşı olmağın üçün atılan addımlar idi .Bu qətiyyən səni sevməyənlərin dəyirmanlarına su tökmək anlamına gəlməsin .Sən çoxlarımızdan qat -qat enerjili və prespektivli olduğun üçün ,sənin xeyrin üçün dedim .Deyirsən ,mən ərköyünəm və sonadək belə də olacağam,bunun sənə dəxlisi yoxdur ,təbiiki orsası elədir ,evinizdə nə edirsən et ,amma ,mediada yox ! Media sənin deyil ,milyonlarındır ,bura ərköyünlük ,şıltaqlıq sevmir !Mən bu qədər ,bilmirəm fikrimi catddıra bildimmi ?Mən haqsız olanda özümə qarşı da amansızam ,əfi ilanam !

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 7 İyun 07:022327

    Esra və bütün şərhçilər ,laykçılar və dislaykçılar ,təxminən 60-cı illərdə "Azərbaycan pioneri "qəzetinə bir məqalə yazmışdım ,nə barədəsə və mənə qəzetdən məktub gəldi ,məkubun sağ küncündə çap olnmuş qrafa var idi -Muxbirin yaddaşı -orda yazılmışdıki :-"Onun -bunun qüsurundan yazan muxbirin özünün heç bir qüsuru olmamalıdır !"Görəsən ,fikrimi çatdıra bildim ?

    Cavab yaz
  • Anonim
    Papatya · 7 İyun 09:22125

    Salamlar. Asi dünən sənə yazmışdım burada, şərhim verilmədi. insaAllah sayt əvvəlki günlərinə tezliklə qayidar. Bəzi xəbərlərə şərh yazılmır. Yazılsa belə ya çox gec verilir ya da verilmir. Darıxdım millinin köhnə günləri üçün. Burada özümü zəlzələdə evi yararsız hala düşmüş, ona görə də bir müddət qohumlarda qalmalı kimi hiss edirəm fotosuz)))

    Cavab yaz
    • Anonim
      asi · 7 İyun 12:3094

      Salam hamıya..Xoş gördük Papatya)..Qatılıram yazdıqlarına və mən də arzu edirəmki Milli əvvəlki rejimə dönsün)..Mənim də dünən yazdığım şərhlər verilməyib((.. Deyəsən bir gün əvvəlki şərhlər verilmir, çünki, verilənlər gecə saat 12-dən sonra yazılanlardı)..

      Cavab yaz
    • Anonim
      ALYaSkA · 7 İyun 23:0400

      ))))Köhnə ev sahibi səni salamlayır. Özümüzü evinizdəki kimi hiss edin))

      Cavab yaz
  • Anonim
    Papatya · 7 İyun 09:28137

    Gəlmişkən bizim əzizləri də buradan salamlayıram. Bacım, Əsim, Mələk, Ebruş, Sevil müəllimə. Hər kəsə uğurlu gün olsun.

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 7 İyun 14:58103

      Salam,Papatya.Dünən mən də yazmışdım asiyə.Qadağada yola çıxdığına görə qoroskopa gəlib çıxa bilmədi.Alyaska,darıxma,hər şey yaxşılığa doğru dəyişəcək.Buna inan,yola davam☺️

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 7 İyun 23:0500

        ❤️❤️❤️...Gidiyorum gunduz,gecə))

        Cavab yaz
    • Anonim
      Melek b · 7 İyun 16:37133

      Salam.Ramaskam.ASİ.ESİ xanim.Alyaska.(********)Eskam❤Ebruşum❤serh yazmisam verilmir(

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 7 İyun 23:0610

        Xoş gördük Mələk.Necəsən?) ❤️

        Cavab yaz
  • Anonim
    Alsu.1. · 7 İyun 11:0957

    Şukur cox səbirliyəm ! Nənəmdən ayrılıb gəlmişəm şəhərə işimlə əlaqədar . Onun ucun cox darıxıram . Canım nənəm , özləyirəm səni ! Aq saclarına , qabarlı əllərinə qurban olduqum !

    Cavab yaz
  • Anonim
    ALYaSkA · 7 İyun 23:0011

    Axşamınız xeyir:) Harda olursan ol mütləq sevdiklərinlə ol,nə edirsən et mütləq sevdiyin işi gör. Sevdiklerimiz üçün sevmədiyimiz işi də görə bilirik...Bu həqiqətən belədir. Gözüm,könlüm açıldı hər birinizi görəndə.))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.