Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

1 May 2020 22:04
0 Şərh     Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464-dür.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.