Cəmiyyət

"Aparıcılıqla bağlı qərarı kim veribsə, ondan küssün”

28 Aprel 2020 17:05
1 Şərh     Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Leyla Quliyeva "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Samir Bayramlının "Hüsniyə Məhərrəmova ilə "Eurovision"da aparıcılığı siz etdiyinizə görə aranızda soyuqluq yaranıb" sualına belə cavab verib:

"İki insanı birləşdirəcək və münasibətlərini normal edəcək keyfiyyətlər olmalıdır. Bəs, iki insanı bir-birinə heç nə bağlamırsa? Eyni komandada ola, işimizə eyni məsuliyyətlə yanaşa bilərik. O işi görərkən bir-birimizə yaxınlığımız varmı? Yox! Heç vaxt yaxın olmamışıq.

"Eurovision"dan öncə də, hansı layihə olursa, olsun münasibətlər eyni idi. Bu, o demək deyil ki, "Eurovision"u mən apardım, o, aparmadı. Məndən küsəcəyi bir şey yox idi. Aparıcılıqla bağlı qərarı kim veribsə, ondan küssün".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.