Cəmiyyət

Füzulidə təhlükəli tapıntı - FOTO

17 Aprel 2020 22:49
0 Şərh     Baxış: 1 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il 17 Aprel tarixində saat 16:00-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Qazaxlar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd Almaniya istehsalı olan əl qumbarası (DM41) aşkar olunub. Əl qumbarasının partladıcısı korroziyaya uğradığına görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Füzulidə əl qumbarası tapılıb (FOTO) - Gallery Image

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.