Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlı yaşayış məntəqələrinə qar yağıb.
Milli.Az APA-ya istinadən bildirir ki, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.
Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız və Xınalıq kəndlərində qarın hündürlüyü 1-2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.
Milli.Az