Şimal bölgəsinə qar yağıb - FOTO

12 Aprel 2020 14:02

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlı yaşayış məntəqələrinə qar yağıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.

Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız və Xınalıq kəndlərində qarın hündürlüyü 1-2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.

Milli.Az