Sayğacsız və abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edənlər aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azəriqaz" İstehsalat Birliyi qazdan qanunsuz istifadə halları ilə bağlı araşdırmalarını davam etdirir.
Birlikdən Milli.Az-a verilən məlumata görə, əksər hallarda da bu cür faktlar qazdan normal istifadə edib, qanunsuz iş görənlərin əməllərindən əziyyət çəkən abonentlərin müraciətləri əsasında aşkarlanır. Aprelin 9-da aparılan reyd zamanı sayğacı olmadan, abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edən iki fərdi yaşayış evi və bir istixana üzə çıxıb.
Belə ki, Sumqayıt şəhəri 52-ci məhəllədə vətəndaş qaz xəttinin dirəyinin içərisi ilə əlavə qoşma edərək uzaq məsafədə yerləşən evinə həyətlərin içərisi ilə qaz xətti aparıb və qanunsuz şəkildə ondan istifadə edib: "Abşeron rayonunun Novxanı kəndində isə vətəndaş heç kimin ağlına gəlməyəcək üsula əl atıb. O, qaz xəttinin dirəyinin içərisindən götürdüyü əlavə qoşmanı kanalizasiya quyusunun içərisi ilə həyətinə apararaq qazdan istifadə edib.
Acınacaqlı məqam odur ki, istixana sahibləri də qaz xətlərinə müdaxilə edib, onu talamaqdan çəkinmirlər. Xəzər rayonu Zirə qəsəbəsində sayğacı olmadan, abonent bazasında qeydiyyata düşmədən, müqavilə bağlamadan qaz oğurlayan istixana da üzə çıxıb. Qanunsuz qoşulmalar dərhal ləğv edilib. Birliyin əməkdaşları hər 3 fakt üzrə materialları toplayaraq ölçü götürülməsi üçün aidiyyəti strukturlara təqdim edəcək.
"Azəriqaz" İstehsalat Birliyi bir daha bəyan edir ki, təbii qazdan belə qanunsuz istifadə hallarına heç kim yol verməsin. Bu, həm də digər normal şəkildə qazdan istifadə edən abonentlərə maneçilik törədir. Birliklə müqavilə bağlamaqla, sivil formada abonent statusu alıb, fərdi yaşayış evinə və ya sahibkarlıq obyektinə sayğac quraşdırdıqdan sonra qazdan istifadə etmək lazımdır. Əks halda, aşkarlanan belə faktlar üzrə daha ciddi tədbirlər görüləcək".
Qeyd edək ki, 2020-ci ilin 3 ayı (yanvar, fevral və mart ayları) ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə əhali tərəfindən 13 825, qeyri əhali tərəfindən 58 olmaqla, ümumilikdə təbii qazdan 13 883 qeyri-qanuni istifadə halı aşkar olunub. Həmçinin, Sumqayıt şəhəri üzrə təbii qazdan 17 qeyri-qanuni istifadə halı aşkarlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
XƏBƏR LENTİ
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)





