Birdəfəlik ödəmələr kimlərə ayrılacaq? - Nazirlik açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar əlavə olaraq bildiririk ki, qanuna əsasən, işsiz şəxs - işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir".
Milli.Az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.
"İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq. Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olmaq lazımdır", - deyə F.Talıbov qeyd edib.
O bildirib ki, Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur: "Beləliklə, adıçəkilən kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməməyi xahiş edirik. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, müraciətlərin emalında çətinliklər yaşanır. Göstəricilərə uyğun gələn və işsiz kimi birdəfəlik ödəməni almağa haqqı çatan şəxslərə isə TƏMKİNLİ olmağı tövsiyə edirik. Bildiririk ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün yaxın saatlarda ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
CineMastercard yeni Open Air Cinema açır - VIDEO
-
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
XƏBƏR LENTİ
-
İyulun 16-na rəsmi valyuta məzənnələri açıqlandı
-
İkardi "Qalatasaray"dan getdi
-
Neft qiymətləri ucuzlaşıb
-
Bakının və Lənkəranın bəzi ərazilərində işıq kəsiləcək
-
"Qarabağ" "Vestri" ilə cavab oyununa çıxır
-
Psixopatlarla rastlaşma ehtimalınızın ən yüksək olduğu 10 peşə
-
Sürətli çəki artıran ən pis 3 səhər yeməyi açıqlandı
-
İzdihamdan qaçıb hüzuru evində tapanlar: Ən ailəcanlı 5 bürc
-
Sgroppino: İtalyan limon içkisi resepti
-
Qarderobların içində kifdən əsər-əlamət qoymayan üsul aşkarlandı
-
Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"
-
Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada
-
Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
-
DÇ-2026: Argentina finalda İspaniyanın rəqibi oldu - Yenilənib
-
Çölü nazik, içi bol içlikli: İçli köftə necə hazırlanır?
-
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
-
DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
-
Numerologiyaya görə, bu 5 tarixdə doğulanlar əsl eşqi tapmaqda çətinlik çəkirlər
-
Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
-
Paytaxtın dörd rayonunda işıq olmayacaq
-
Günün qoroskopu: Özünüzə güvənin.
-
ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb
-
"Bayern" Olisenin əvəzləyicisini tapıb
-
Kadırovun şəkli olan Ayfon satışa çıxarıldı (Foto)





