Virus yayan naməlum mesajlar - Ehtiyatlı olmaq tövsiyə edilir - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günə özəl "evdə qal" kampaniyası olaraq, bütün operatorlar üçün pulsuz 6 GB hədiyyə internet paylamaq qərarı alındı. İndi sən də al. Bunun üçün müvafiq linkə daxil ol.
Bu, karantin günlərində çoxalan saxta kampaniyalardan birinin şirnikləndirici mətnidir. Son vaxtlar insanlar evdə qalır və internetdən daha çox istifadə edir. Hakerlər də bu fürsətdən yararlanaraq, saxta məlumatlarla insanları aldatmağa çalışırlar.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Ramin Orucov - Ekspert: "Koronavirus pandemiya ilə bağlı, əslində, kütləvi şəkildə kibertəhlükəsizlik hücumları aktivləşib. Sayı, demək olar ki, həddən artıq çoxalıb. Bu da, əsasən, qeyri-texniki insanları aldatmağa, bu prosesdə onlardan istifadə etməyə çalışırlar. "Fishing attack" deyirlər buna. Bilmədiyiniz hər hansı bir link, keçid gəlir insanlara. "Whatsapp", "Facebook", "Messenger" və ya müxtəlif sms, e-mail yolları gələ bilər. Linkə klik edirsiniz, keçid alırsınız sayta".
Ekspertlərin sözlərinə görə, bu zaman müxtəlif məqsədlər ola bilər. Məsələn, sayta daxil olanların sayını artırmaq üçün istifadə edilə bilər. Digər tərəfdən insanları kütləvi şəkildə aldada bilərlər.
Ramin Orucov - Ekspert: "Ola bilər, sayt açılanda sizə hər hansı format təqdim etsinlər. Məsələn, desinlər ki, məlumatları doldurulan insanlara dövlət tərəfindən yardım ediləcək. Bank hesabları, kredit kartı məlumatları istəyə bilərlər. Guya yardım bu hesaba oturacaq. Həmin kart məlumatları oğurlana bilər. Müxtəlif hücumlarda istifadə oluna bilər".
Anar İsmayılzadə - Proqramçı: "Bu tip sms-lər daha çox özümüzdən yararlanır ki, bir-birimizə paylaşırıq. Bu, məlumatsızlıqdan irəli gəlir. Çünki heç bir operator durduq yerə müəyyən miqdarda sizə internet paketləri təqdim etməz. Bunlar, sadəcə, insanları şirnikləşdirmək və yaxud da yönləndirmək üçündür".
Mütəxəssislər göstərilən linkə daxil olmadan əvvəl mesajın mətnini diqqətlə oxumağı tövsiyə edir.
Rəşad Əliyev - İT mütəxəssis: "Mesajın bütün mətninin düzgün olması, bütün qaydalara düzgün riayət olunmasına fikir verməyiniz məsləhət olunur. 2-ci gələn linklərin mənbəsinin haradan olduğu, ümumiyyətlə, hansı linkə getdiyinə fikir vermək, yoxlamaq lazımdır. Digər bir şey həmin o tanıtım barədə düzgün məlumatın olmasını və ya ümumiyyətlə, o resursun, həqiqətən, mənbənin olmasını yoxlamağınız tövsiyə olunur".
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sözügedən məsələ ilə bağlı, hələ ki, hər hansı şikayət olmadığını bildirdi. Qurum rəsmisi, eyni zamanda, vətəndaşları pandemiya ilə əlaqədar saxta kampaniya və digər mənbəyi dəqiqləşdirilməyən keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb





