Cəmiyyət

Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO - FOTO

27 Mart 2020 21:35
0 Şərh     Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə birləşmə, hissə və bölmələri Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir və uğurlu döyüş növbətçiliyi həyata keçirirlər.

Hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr edən hərbi qulluqçularımızın bilik və bacarıqları daim təkmilləşdirilir. Növbəti dəfə isə ümumqoşun birləşməsinin ön xətdə yerləşən hava hücumundan müdafiə bölməsində 23 mm-lik zenit qurğularının heyətləri ilə praktiki atışlar keçirilib.

Atışlar zamanı əsas diqqət aşağı hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərin vaxtında aşkar olunaraq məhv edilməsinə yönəldilib.

Atışların nəticəsi bir daha göstərdi ki, ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrimiz hər an düşmənin qəfil hava hücumunu dəf etməyə hazırdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.