Üsyançılar Şəki şəhərini tutmuş, siyasi məhbusları azad etmiş, poçt-teleqrafı ələ keçirmiş və şəhər 7 gün üsyançıların əlində qalmışdır. Sovet qırmızı ordusunun gücü ilə üsyan amansızlıqla yatırılmışdır.
Milli.Az xəbər portalı "Zaman Azərbaycan"a istinadən bildirir ki, üsyan yatırıldıqdan sonra qırmızı cəlladlar Baş Göynüyə böyük bir silahlı dəstə göndərmişlər.Dəstənin rəhbəri Qongin və onun köməkçisi Novruzov familiyalı bir erməni olmuşdur. Üsyanda iştirak etmiş onlarla göynüklü güllələnərək kütləvi məzarlıqda dəfn olunmuşdur. Güllələnənlər arasında üsyanın rəhbəri Əbdülqadir də var idi, ancaq Molla Mustafa və digər rəhbərlər ələ keçirilməmişdi.
Baş Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən Şəki rayonunun Baş Göynük kəndi Azərbaycanın ən qədim obalarından biridir. Bu kənd hal-hazırda iki çay arasında (Şinçay və Quruçay) yerləşir. Kəndimizin uzaq keçmişinə dair tarixi abidələrinin öyrənilməsinə çox ciddi ehtiyac var. Belə ki, kəndin gün doğan tərəfində Dömüd adlanan ərazisində tunc dövrünə aid "Qız qayası" adlanan yerdə daş dövrünə aid qəbir abidələr mövcuddur. Çox təəssüf ki, hələ də bu abidələr araşdırılmamışdır. Onu da deyək ki, bu qəbir-abidələr barədə Tarix və Arxeologiya institutlarına dəfələrlə müraciətlər edilmişdir. Amma onlar susmaqda davam edirlər. Almalı adlı dağın ətəklərində, Qırxbulaq şəlaləsini düz kənarında isə qədim alban kilsəsinin qalıqları yerləşir. Yenə də çox təəssüflər olsun ki, xristianlığın Azərbaycanda yayılmasının ilk dövrlərinə, təxminən IV-VII əsrlərə aid hesab edilən bu alban kilsəsinin tədqiq edən yoxdur. Halbuki onun tədqiqi xristianlığı qəbul edən türk albanlarla bağlı məsələyə aydınlıq gətirə biləcək elmi faktın üzə çıxarılmasına imkan verə bilər.
Onu da deyək ki, Baş Göynük kəndinin camaatı da qədimlərdən indiyə qədər çox zəhmətsevər, ədalətsevər və haqq uğrunda mübariz bir camaat hesab edilir. Göynüklülər bütün dövrlərdə mütəşəkkillikləri ilə fərqlənmişlər. Belə ki, son 300 ildə onlar üç imperiyaya qarşı qətiyyətlə mübarizə aparmışlar. Göynüklülər XVIII yüzilliyin 30-cu illərində Nadir şahın bu ərazidəki naiblərinin özbaşınalığına qarşı üsyan qaldırmışlar. Bu üsyanı göynüklülər Biləcik adlı yerdə başlatdıqları üçün o, tarixə Biləcik üsyanı adı ilə düşmüşdür. Göynüklülər XIX yüzilliyin əvvəllərində çar Rusiyasına, XX əsrin 30-cu illərində sovet imperiyasına qarşı mərdliklə mübarizə aparmışlar. Göynük camaatının haqq-ədalət uğrunda mübarizəsi amansızlıqla yatırılsa da, onlar öz qəhrəman övladlarını heç zaman unutmurlar.
XX yüzilliyin başlanğıcında çar üsul-idarəsinə qarşı Azərbaycanın hər yerində qaçaq hərəkatı başlamışdır. Tarixdə çox böyük əhəmiyyəti olan bu hərəkatda baş göynüklü Cavad oğlu Məhəmmədin rolu müstəsnadır. Cavad oğlu çarizmə qarşı mübarizə aparan o zamankı qaçaq dəstələrindən ən mütəşəkkilinin rəhbəri idi. Həmkəndlimiz Şərif İdrisov "Dağlar oğlu" əsərində bu qəhrəman haqqında ətraflı yazmışdır. Sovet hakimiyyətinin son illərində nəşr olunan bu əsər təəssüflər olsun ki, geniş oxucu kütləsinə lazımınca çatdırılmamışdır. Əsrin əvvəllərində Rusiya imperiyasına qarşı mübarizə aparan gəncəli Qandal Nağı, Dəli Alı, zəngəzurlu Qaçaq Nəbi və başqa dəstələrin rəhbərləri ilə hesablaşmayan Gəncə general-qubernatoru Cavad oğlu Məhəmmədin, demək olar ki, bütün tələblərini yerinə yetirməyə məcbur olmuşdur (Bu faktı o dövrdə yaşamış ağsaqqallardan eşitmişəm). Təəssüflər olsun ki, xalqın azadlığı uğrunda milli qəhrəman səviyyəsində mübarizə aparan Cavad oğlu Məhəmmədin tarix kitablarında ancaq adı çəkilir. Sovet dönəmində ciddi maneələrə baxmayaraq, həmkəndlimiz Şərif İdrisov, çətinliklə də olsa, bu qəhrəman haqqında əsər çap etdirməyə nail olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, XX yüzilliyin 30-cu illərində sovet qırmızı imperiyasına qarşı haqq-ədalət uğrunda Azərbaycanda qətiyyətlə mübarizə aparan kəndlərdən biri də Baş Göynük kəndi olmuşdur. Azərbaycanda sovet hökumətinə təslim olan axırıncı kəndlərdən biri də məhz Baş Göynükdür.
Şəhid Anadolu qəhrəmanı
Şəki Müəllimlər İnstitutunun müəllimi Həbulla Manaflının yazdığı "Şəki üsyanı" kitabında göstərdiyi kimi, bu üsyanı göynüklülər başlamışlar. Üsyanın rəhbərləri "kor türk" ləqəbli Əbdülqadir (o əslən Anadoludandır), Şeyx oğlu Molla Mustafa, Molla Məhəmməd və başqaları olmuşlar. Üsyançılar Şəki şəhərini tutmuş, siyasi məhbusları azad etmiş, poçt-teleqrafı ələ keçirmiş və şəhər 7 gün üsyançıların əlində qalmışdır. Sovet qırmızı ordusunun gücü ilə üsyan amansızlıqla yatırılmışdır. Üsyan yatırıldıqdan sonra qırmızı cəlladlar Baş Göynüyə böyük bir silahlı dəstə göndərmişlər. Dəstənin rəhbəri Qongin və onun köməkçisi Novruzov familiyalı bir erməni olmuşdur. Üsyanda iştirak etmiş onlarla göynüklü güllələnərək kütləvi məzarlıqda dəfn olunmuşdur.
Güllələnənlər arasında üsyanın rəhbəri Əbdülqadir də var idi, ancaq Molla Mustafa və digər rəhbərlər ələ keçirilməmişdi. Bu qətliamda maraqlı bir epizod olmuşdur. Belə ki, güllələnmə zamanı Əbdülqadir düşmənə arxa çevirməmiş, sovet əsgərlərinin ona atəş açmaq cəhdləri üç dəfə boşa çıxmışdır (Yəni tüfəng açılmamışdır). Bu vəziyyəti görən Novruzov öz tapançası ilə Əbdülqadirə bir neçə dəfə atəş açmışdır. Əbdülqadir üzü qibləyə yerə yıxılmışdır. Bura yığışan camaat Əbdülqadiri kütləvi məzarlıqda dəfn olunmasına imkan verməmiş və onu kütləvi məzarlığın yaxınlığında ayrıca dəfn etmişdir. (Bu fakt hadisələri öz gözləri ilə görmüş Molla Hüseynin dediklərindən götürülüb).
Göynüklülər bu azadlıq mücahidlərinin qəhrəmanlıqlarını unutmamış və heç zaman unutmayacaqlar. Lakin aidiyyəti təşkilatlara Göynük ziyalıları tərəfindən dəfələrlə müraciətlər olunmasına baxmayaraq, bu qəhrəmanların adına adi bir abidə belə qoyulmamışdır. Halbuki şəhid türk qəbri üzərində abidə ucaldılmasına böyük ehtiyac var. Bu, həm də 1918-ci ildə Azərbaycana yardıma gələn və bolşevik işğalından sonra Baş Göynüyü özünə vətən edərək, Göynük üsyanı zamanı qəhrəmancasına şəhid olan Qafqaz İslam Ordusunun qazisinə vəfa borcumuz, Azərbaycan-Türkiyə qardaşlığına bir töhfə olardı.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Göynük üsyanı və unudulmuş Anadolu qəhrəmanı
3 Dekabr 2011 19:59
8 Şərh
Baxış: 7 723
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Maliyyə sürprizləri mümkündür
-
Bir mənzil 3 nəfərə satılıb, sahibi isə həbsdədir
-
Əmlak eksperti: “Sənədsiz istifadə olunan mülklər yalnız məhkəmə qaydasında həll edilə bilər”
-
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
-
19 yaşlı 3 uşaq anası xərçəngdən öldü - VİDEO
-
Parada görə avtobusların hərəkətində dəyişiklik edildi - SİYAHI
XƏBƏR LENTİ
-
Bakıda gül mağazasına çırpılan avtobusun sürücüsü danışdı - “Maşının beyni qarışıb”
-
Metronun iş saatı dəyişdirilir - SƏBƏB
-
ABŞ-da yük təyyarəsi qəzaya uğradı - 7 ölü, 11 yaralı - VİDEO
-
Türkiyəli məşhur aktrisa tanınmaz dərəcədə DƏYİŞDİ - FOTO
-
Şabalıd generala baha başa gəldi... - Lüks maşınları da əlindən çıxdı
-
Avro ucuzlaşdı, dollar və rubl isə...
-
"Qızıl oğlan" seçildi
-
17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı
-
Kompüter qarşısında işləyənlər üçün təhlükə siqnalı: Görmə və onurğa...
-
Brilliant Dadaşova ilə Afaq niyə küsülüdür?
-
Yeməklərinizə 1 qaşıq qatın - Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var
-
"Vasif Məhərrəmli ilə heç vaxt barışmaram"
-
Bu qidalar səni xərçəng edə bilər - Mütəxəssislər xəbərdarlıq edir
-
İşıqda yatanlara xəbərdarlıq - Ürəyi zəiflədir
-
Panik atakdan ölmək olarmı? – Mütəxəssislər açıqladı
-
Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT
-
Beyin üçün risk yaradan qidalar AÇIQLANDI
-
Artıq qalan plovu atmayın - Cəmi 2 inqrediyentlə qlütensiz, sağlam cips hazırlayın
-
İnanmaq çətindir - Ronaldo sahib olduğu avtomobillərin sayını açıqladı
-
Dünyanın ən bahalı tərəvəzi - Avropada kilosu 1.000 avroya satılır
-
Fatih Terimin yeni ünvanı bəlli oldu
-
ABŞ-də hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər
-
Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
-
Həkim əməliyyat zamanı 60 yaşlı kişinin bağırsağını kəsib? - VİDEO





