Dünya

Ramil Usubov Moskvada Şoyqu ilə görüşəcək

5 Noyabr 2025 11:12
Baxış: 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu noyabrın 5-də Moskvada MDB Üzv Dövlətlərinin Təhlükəsizlik Şuraları Katiblərinin 13-cü görüşünə sədrlik edəcək.

Milli.Az xəbər verir ki, TASS-ın məlumatına görə, toplantının əsas mövzusu MDB məkanına qarşı mövcud təhdidlər, onlara cavab tədbirləri olacaq.

Sergey Şoyqunun Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov həmçinin Ermənistan və Belarusdan olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

MDB Təhlükəsizlik Şuraları katiblərinin bu iclası 31 oktyabr - 5 noyabr tarixlərində Moskvada keçirilən "Rusiya xalqları və MDB" beynəlxalq festivalının yekun tədbiri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.