Azərbaycanlı avtoritet zərərsizləşdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanda polisin keçirdiyi əməliyyatlar zamanı "qanuni oğru"larla əlaqəli 34 nəfər saxlanılıb. Daha 7 nəfərə, o cümlədən, iki nəfərə penitensiar müəssisədə, dörd nəfərə xaricdə və bir "qanuni oğruya" ittiham qiyabi olaraq irəli sürülüb.
Milli.Az yerli mediaya istinadla bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Onun sözlərinə görə, şübhəlilərdən 52 yaşlı azərbaycanlı Mirzə Əliyev barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb və o, əməliyyat zamanı xüsusi təyinatlı dəstənin əməkdaşlarına intensiv atəş açıb. Nəticədə xüsusi təyinatlılardan biri döş nahiyəsindən ağır yaralanıb. Polis tərəfindən açılan cavab atəşi nəticəsində Qabal kənd sakini Mirzə Əliyev hadisə yerində zərərsizləşdirilib.
Polis əməliyyatı Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən ölkə üzrə eyni vaxtda keçirilib.
Məlumatda qeyd olunub ki, təqsirləndirilən şəxslərin mübahisələrin həllində iştirak etdikləri, şərtləri pozanlardan cərimə tələb etdikləri və onları ölümlə hədələdikləri müəyyən olunub. Elmuraz Məmmədov adlı kriminal avtoritetin də cinayətkar fəaliyyətdə aktiv iştirak etdiyi məlum olub.
Saxlanılanların üzərilərində və yaşayış yerlərində aparılmış axtarışlar zamanı onların xaricdə olan "qanuni oğru"larla əlaqə saxladıqları kompüter texnikası və mobil telefonlar, narkotik vasitələr, odlu silah və külli miqdarda pul maddi sübut kimi müsadirə edilib.
"Oğrü dünyası" ilə əlaqəli şəxslərin törətdikləri cinayət əməllərinə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini ötdü
-
Türkiyədə bələdiyyədə əməliyyat: Çox sayda şəxs saxlanıldı
-
Qazaxda yol qəzası: 3 nəfər xəsarət aldı
-
“Rihanna dördüncü dəfə ana olacaq”
-
Niyə amerikalılar yumurtanı soyuducuda saxlayır, avropalılar isə yox?
-
Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət
-
Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın
-
Yayın istisində evdə hazırlaya biləcəyiniz sərinləşdirici içkilər
-
Diş minasını zədələməmək üçün bunları edin
-
NASA Ay və Mars üçün 4 könüllü axtarır
-
DÇ-2026: İspaniya yarımfinala yüksəlib
-
Bu səhv soyuducunuzun elektrik "yeməsini" artırır
-
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
-
"O sözündən sonra oğlumu götürüb gəldim Bakıya": Nicat Kazımov
-
Portağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
-
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Tramp: "İran məni hədəf alırsa, indiyədək görünməmiş şəkildə bombalanacaq"
-
Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib
-
Qonaq otağına bir kasa ağ daş qoyun: Yaponlar bu üsulu illərdir tətbiq edir
-
Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir (Foto)
-
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
-
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti





