Enerji içkiləri zərərlidirsə, niyə satılır? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Enerji içkilərinin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlərdən biridir. Son illərdə xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu içkilər bəzən enerji verməsi və yorğunluğu azaltması ilə təbliğ edilsə də, onların tərkibində olan maddələr orqanizmə müxtəlif mənfi təsirlər göstərə bilər. Belə ki, enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.
Bəs, sözügedən içkilərin zərərlərinə baxmayaraq, uşaqlara belə satılması nə dərəcədə doğrudur?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildiri ki, enerji içkilərinin etiketlərində bütün məlumatlar qeyd olunub.
E.Hüseynovun sözlərinə görə, istehsalçılar açıq şəkildə bildirirlər ki, bu içkilər zəif orqanizmlərə, xəstələrə və xüsusilə azyaşlı uşaqlara mənfi təsir göstərir:
"Əgər hər hansı məhsul zəif və xəstə insanlara zərərlidirsə, onun sağlam insanlara faydalı olacağı da şübhə doğurur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə mühüm addım atdığını qeyd edən həmsöhbətimiz əlavə edib ki, təxminən 4 il əvvəl energetik içkilərin yerli istehsalı və xaricdən idxalı üçün standart qəbul edilib:
"Həmin standart tərkibində asılılıq yaradan maddələrin miqdarının minimuma endirilməsini tələb edir və bu gün bazarda olan enerji içkiləri həmin qaydalara uyğun istehsal və idxal olunur".
Bununla belə nəzərə çatdırıb ki, bu içkiləri tam qadağan etmək də doğru olmaz. İzah edib ki, bazar tələb-təklif qanunu ilə işləyir:
"Qadağa tətbiq olunsa, bu, yalnız qaçaqmalçılığın artmasına səbəb ola bilər. Lakin məktəblər, valideyn komitələri və ailələr bu məsələyə daha ciddi yanaşmalı, uşaqların energetik içkilərdən maksimum dərəcədə uzaq durması üçün maarifləndirici iş aparmalıdırlar".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir





