Siyasət

Qriqoryan Azərbaycana təşəkkür etdi - FOTO

5 Noyabr 2025 11:44
Baxış: 795

Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib və təşəkkür edib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O qeyd edib ki, yaxın zamanda qatar Ermənistana çatacaq.

"Hazırda qatar Gürcüstan ərazisinə daxil olur və tezliklə Ermənistana çatacaq. Bu fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirdiyimi qeyd etmək istərdim. Bu hadisə qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir", - M.Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra ümumi çəkisi 1048,8 ton olan 15 vaqon buğda daşıyan qatar Rusiyadan Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana yola düşüb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.