İdman

“Barselona"nın baş məşqçisi GEDİR

5 Noyabr 2025 13:47
Baxış: 596
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis həm fiziki, həm də emosional yorğunluq, eləcə də klub daxilindəki vəziyyətdən narazılıq səbəbindən belə qərar verib. Flik artıq bu barədə məşqçilər korpusuna məlumat verib.

Xatırladaq ki, Flik 2025-ci ildə "Barselona"ya baş məşqçi təyin olunub və Xavi Ernandesin yerinə keçib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında kataloniya klubu indiyədək 74 oyun keçirib - 54 qələbə, 8 heç-heçə və 12 məğlubiyyətlə yadda qalıb.

Hazırda "Barselona" La Liqa turnir cədvəlində 25 xalla ikinci pillədə qərarlaşır. Komanda Çempionlar Liqasında isə üç oyundan sonra 6 xal toplayaraq qrup mərhələsində 12-ci yerdədir.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.