İdman

Bağda güclü partlayış - Ali Koçun evi yanıb kül oldu - FOTO

5 Noyabr 2025 11:31
Baxış: 1 048
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İş adamı Ali Koça məxsus olduğu iddia edilən üzüm bağında güclü partlayış və yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində ev tamamilə yararsız hala düşüb, lakin xəsarət alan olmayıb.

Məlumata görə, gecə saatlarında Umurlu məhəlləsində baş verən partlayışdan sonra yanğın qısa zamanda üzüm bağını bürüyüb. Güclü külək alovun daha da sürətlə yayılmasına səbəb olub.

Əraziyə dərhal yanğınsöndürənlər, təcili yardım briqadaları və jandarma qüvvələri cəlb edilib. Alov nəzarət altına alınıb və söndürülüb.

Məlumata görə, hadisə zamanı ev sahibləri çöldə olduqları üçün itki baş verməyib. Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.