Cəmiyyət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

21 Mart 2020 15:57
0 Şərh     Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 20 mart tarixli qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərarda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı başda cənab Prezident olmaqla bütün qurumların, o cümlədən ictimaiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər effektivlik baxımından təqdir olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumətin həyata keçirdiyi tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, o cümlədən həmkarlar təşkilatları üzvləri ölkə başçısının 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı həyacanlandıran infeksiyanın qarşısının alınmasında mühüm hadisə kimi dəyərləndirirlər.

Qərar mətnində ölkə ictimaiyyətinə Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da ünvanlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.