Cəmiyyət

Elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək

20 Mart 2020 12:45
0 Şərh     Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elektron imza sertifikatının sifarişi onlayn qəbul olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzindən Milli.Az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə vətəndaş qəbullarının təxirə salındığı, müraciətlərin yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq bu gündən etibarən elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək.

Onlayn sifariş edilən elektron imza sertifikatını ərizədə göstərilən yaşayış yerinə yaxın olan "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən almaq mümkündür.

Zəng mərkəzi: 157

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.