Cəmiyyət

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılır - Operativ Qərargah

16 Mart 2020 22:26
Baxış: 5 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcəkdir. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.