Cəmiyyət

Türkiyə Prezidentinin Baş müşavirinin iştirakı ilə Xocalı Soyqırımı anılıb

5 Mart 2020 17:31
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin təşəbbüsü ilə Xocalı Soyqırımının 28. İldönümünə həsr edilmiş anım tədbiri keçirilib.

AGAH-ın mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, Mamak Bələdiyyəsi, Türk Dünyası Parlamentarilər Fondu, Yeni Dünya Fondu, Elm Yayma Cəmiyyəti ilə birlikdə təşkil edilən tədbirdə Türkiyə Respublikası Prezidentinin Baş müşaviri İhsan Şener, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfiri Xəzər İbrahim, Mamak Bələdiyyəsinin sədri Murat Köse, 26. Dönəm Adana Millət vəkili Necdet Ünüvar, 24. Dönəm Kırşehir Millət vəkili, TDPV-nin prezidenti Abdulah Çalışkan, Yeni Dünya Fondunun Ankara şöbəsinin rəhbəri Ali Toköz və AGAH sədri Təbriz Raufoğlu çıxış edərək hadisəyə dair öz fikirlərini bildiriblər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayın ağır texnikası və hərbçiləri ilə birlikdə Xocalını işğal etdikləri və dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdikləri, yaraladıqları və əsir götürdükləri barədə ətraflı məlumat veriblər. Çıxışçılar insanlığa qarşı olan bu dəhşətli və qanlı hadisələr zamanı 63 uşağın qətlə yetirildiyinə, 76 uşağın yaralanıb, əlilə çevrildiyinə diqqət cəlb ediblər. Qeyd olunub ki, bu soyqırımı aktının unudulmasına və unutdurulmasına heç bir zaman yol verilməyəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.