Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Lexus" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü İqbal İsmayılov və onun anası xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az