Cəmiyyət

"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparılıb - FOTO

2 Mart 2020 18:50
0 Şərh     Baxış: 1 005
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib.

Milli.Az bildirir ki, bunu Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, müvafiq işlər "ASAN xidmət" mərkəzlərində qeyri-iş saatlarında həyata keçirilib:

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir. Belə ki, mərkəzlərdə dezinfeksiya işləri həyata keçirilib. Bunun üçün xüsusi dərman məhlullarından istifadə olunub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.