Cəmiyyət

Azərbaycanda üç uşaq anası evli kişini qaçırdıb

29 Fevral 2020 10:25
10 Şərh     Baxış: 3 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda üç uşaq anası evli kişini qaçırdıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu iddia ilə Almaz adlı qadın "Səni axtarıram" proqramında çıxış edib.

Gənc qadının sözlərinə görə, ərinin sevgilisi onu hədələyərək qaçırıb:

"Bir qadın hədə-qorxu ilə evimizə gəlib ərimi aparıb. Qadın ərimin dalınca düz qapımıza gəldi. Ərimə dedi ki, sən mənimlə yaşamasan, ya səni öldürtdürəcəm, ya da uşaqlarının başına hər oyun gətizdirəcəm. Özü boşanıb.

Uşaqlarının aliment kartını götürüb, uşaqlarını da atıb. Ərimə deyir ki, səni bu aliment pulu ilə saxlayacam, təki sən mənim yanımda ol. Qətiyyən öz həyat yoldaşına yaxın getmə".

Qeyd edək ki, adı açıqlanmayan qadının qaçırtdığı şəxs Ağayev Məhəmməd Mirzağa oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.