Cəmiyyət

Qarabağdakı hadisələrin arxasında Baş katib Mixail Qorbaçov və KQB dayanırdı... - Vasiliy Konovalovdan ŞOK TARİXİ FAKTLAR

26 Fevral 2020 07:14
3 Şərh     Baxış: 5 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ münaqişəsinin başlanmasından artıq 32 il keçir. 1988-ci ilin fevralında ermənilər "miatsum" (birləşmək) şüarı ilə Xankəndinin mərkəzi meydanında davamlı olraq aksiyalara başladı. O zaman çoxları ağlına belə sığışdırmaq istəmirdi ki, SSRİ adlı məkanda hansısa bir xalq kütləvi surətdə küçəyə çıxsın, belə separatçı şüarlar səsləndirib Moskvadan başqa bir respublikanın ərazisini öz ərazisinə birləşdirilməsini tələb etsin. Necə yəni Moskvanın, Kremlin baş verənlərdən xəbəri yoxdu?... Bəs xüsusi xidmət orqanları hara baxır? Ola bilməz! Bilmirlər ki, bu ölkədə (SSRİ nəzərdə tutulur-red.) hansı hərc-mərcliyə səbəb olar?.. Və sair və ilaxır... O zaman çoxsaylı belə suallar meydana çıxırdı. Deyəndə ki, bu düşünülmüş və uzun illər hazırlanmış planın nəticəsidir və Moskvanın bundan xəbəri var... Əgər Moskva buna razı olmasaydı, xüsusi xidmət orqanları hadisələr başlamazdan onun qarşısına alardı... Amma o zaman buna inan az idi... Yenə də sonda cavablar belə olurdu. Ola bilməz! Ola bilməz ki, SSRİ KQB-nin xəbəri olsun və bunun barəsində qəti tədbir görməsin. Ola bilməz ki, Kremldə əyləşənlərin xəbəri olsun, bunun qarşısını almasın. Məgər onlar bilmirlər ki, bu nələrə səbəb ola bilər. Bəs Moskva bunu etmirsə, bəs Bakı hara baxır? Onlar bu məsələni Moskva qarşısında qaldıra bilmirmi?...

Lakin Kreml hər şeydən xəbərdar idi və proseslər elə o zaman SRRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun xeyri-duası ilə başlanılmışdı. Kreml hər şeydən xəbərdar idi. Kreml özü ermənilərə "başlayın" göstərişini vermişdi.

Bunu zaman sübut etdi.

İndi isə dediklərimizi faktlarla, daha doğrusu o dövrlərdə SSRİ rəhbərliyində çalışan şəxslər və yaxud xüsusi xidmət orqanlarında çalışan insanların dedikləri faktlar əsasında sübut etməyə çalışacağıq. 

Qarabağdakı hadisələrin arxasında Baş katib Mixail Qorbaçov və KQB dayanırdı... 

Milli.Az bildirir ki, 1980-ci illərin sonunda Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi işləmiş Vasiliy Konovalov həmin dövrü belə xatırlayır: "Dağlıq Qarabağ hadisələrinə  çox mütəşəkkil qaydada hazırlaşıblar və plan üzrə işləyirlər.  Ekstremistlər cəzasız qaldığına görə istədiklərini edirdilər. Çünki onların arxasında Dağlıq Qarabağ Muxtar Vilayətinin, Ermənistan rəhbərliyi, Baş katib Qorbaçov və KQB dayanırdı.

Mənə bu barədə xəbərlər daxil olanda məsələ ilə yaxından məşğul olmağa başladım və başa düşdüm ki, bu, əvvəlcədən planlaşdırılmış aksiyalardır. Məsələn,  hələ hadisələr başlamazdan bir az öncə, 1987-ci ildə Dağlıq Qarabağ Vilayət Komitəsinin katibi Mirzoyan öz şəxsi istəyi ilə  istefa ərizəsi yazaraq tutduğu vəzifədən getmək istədiyini bildirdi. Bu hadisə Bakıda hamımıza çox təəccüblü gəldi. Ona görə ki, onillərlə işləyəsən və Dağlıq Qarabağ Vilayət Komitəsinin katibinin ideoloji məsələlər katibi vəzifəsinədək yüksələsən və birdən istefa ərizəsi yazıb işdən gedəsən. Hansı ki Azərbaycan rəhbərliyində onun işindən hər hansı narazılıq  da olmayıb. Sonradan bizə bəlli oldu ki, Mirzoyan Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə bağlı gizli formada məlumatlandırılıb. Lakin o bu proseslərdə iştirak etmək itəməyəib və ona görə də istefa verib".

V. Konovalov onu da əlavə edir ki, Qarabağdakı hadisələrin daha da qızışmasını İrəvan stumullaşdırırdı: "Ekstremist millətçi  hərəkatın arxasında əsasən imkanlı ermənilər dayandırdı və onları maliyyələşdirirdi".

SSRİ KQB-nin Beşinci idarəsinin F.D. Bobkov isə Qarabağ hadisələri barədə mövqeyi də çox maraqlıdır. Bu idarənin tərkibinə 3 millətlərləarası problemlərlə məşğul olan xüsusi şöbə fəaliyyət göstərirdi. "Dağlıq Qarabağda hadisələr başlanan kimi KQB tənqid atəşinə tutulurdu ki, bəs münaqişə başlasa da Mərkəzi Komitə vaxtında məlumatlandırılmayıb"-  Bobkov  qeyd edib.

Bobkov qeyd edir ki, o zaman SSRİ KQB-sinin sədri (1982-1988-ci il) olan Viktor Şebrikov Dağlı Qarabağdakı hadisələrlə bağlı iki il ərzində  çaldığı həyəcan təbilini Kreml qulaqardına vurdu: "Bu zaman V. Çebrikov  bizim xidməti yazıların  surətini qaldıraraq Mərkəzi Komitəyə  sübut etdi ki, iki ildir   Ermənistanla Azərbaycan arasında baş qaldıran münaqişə barədə həyəcan təbili çalırıq. Çebrikov hətta mənim Məkrəzi Komitənin bir neçə katibi, xüsusən də E.K. Liqaçevlə görüşlərimi xatrılatdı.

KQB hər həftə  Qorbaçovun adına  vəziyyətlə bağlı geniş  hesabat göndərilirdi və  orada da münaqişənin həlli ilə bağlı təkliflər də yer alırdı. Bu sənədlərə V. Kryuçkov imza atırdı. Bəzi hallarda isə hesabatlar  Daxili İşlərə Naziriliri, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və digər quurmlarla birgə hazırlanırdı.  Baş katib Mixail Qorbaçov bütün  sənədlərə belə bir dərkənar  yazırdı: "Xahiş edirəm təkliflərinizi yazın"".

Aydındır ki, xüsusi xidmət orqanları  bütün məsuliyyəti  SSRİ-nin siyasi rəhbərliyinin üzərinə atrıdı və onlar bu məsələdə haqlı idilər. Çünki Qorbaçov  ekstremistlərə əl-qol açmağa, münaqişə üçün şərait yaradırdı.

Bu həqiqətin bir tərəfidir.

Axı KQB-nin də münaqişənin yatırılması üçün səlahiyyəti  az deyil və  yetərincə imkanları var idi. KQB proseslərin inkişafının qarşısını ala bilərdi. Niyə almadı? Məgər KQB bilmirdi ki, proseslər inkişaf edərsə, nələr baş verə bilər?

Bunun qarşısını almaq üçün KQB  separatçıların liderlərini, fəallarını həbs edə bilərdilər və SSRİ rəhbərinin bunun üçün icazəsi də tələb olunmurdu. Bu KQB-nin kompetensiyasına aid olan məsələ idi. Ancaq onlar bunu etmədilər. Öz səlahiyyət vəzifələrini icra etmədilər. Onlar yaxşı bilirdi ki, Qarabağdakı proseslə hansı səmtdə inkişaf edir, ancaq heç bir iş görmədilər. Ona görə etmədilər ki,  həmin təxribatı törədənlərin və  təşkilatçılarının tərkibindəkilərin çoxu KQB-nin öz adamları idi. Hərəkatın birmənalı təşkilatçıları və sonrakı mərhələdə də  iştirakçıları məhz onlar idi.

1983-1988-ci illərdə Dağlıq qarabağ Muxtar Vilayətinin KQB rəisi işləyən Gergiy Septa "Stavropolskaya pravda" qəzetinə açıqlamasında  baş verənləri belə izah edib. "1988-ci ilin fevralın 20-də Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq deputatlar sovetinin növbədənkənar  sessiyası keçirildi və gündəliyə  Dağlıq Qarabağın Ermənistana verilməsi  məsələsi salındı. Moskvadan  DQMV KQB-nin əməkdaşlarına göstəriş verildi ki,  prosesə mane olunmasın. Hansı ki, həmin zaman dövlət təhlükəsizlik orqanları  böyük gücə və təsirə malik idi.  Əgər KQB-yə göstəriş verilsəydi, heç Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı məsələ gündəliyə salınmazdı və sessiya da baş tutmazdı. Bu sessiyanın keçirilməsi  kimlərin arzusuna və məqsədinə uyğun olduğunu göstərirdi", - deyə general-mayor G. Septa bildirib.

O əlavə edib ki, Azərbaycan Ali Sovetinin  Rəyasət Heyəti Xankəndindəki  sessiyada baş verən hadisəni bir qrup deputatın təklifi kimi  dəyərləndirməklə işini  bitmiş hesab edib: "Eyni zamanda bəyan edib ki, bu Azərbaycan və erməni xalqlarının maraqlarına cavab vermir.  Lakin bir müddət sonra isə  Ermənistan Ali Sovetinin Rəyasət Heyəti  DQMV-nin müraciətinə birtərəfli qaydada cavab verərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar verdi".

KQB generalının fikrincə, separatçı hərəkatın təşkilatçıları enerjini Kremlin "perestroyka" siaysətindən alaraq ilhamlanırdı.

General bildirib ki, 1987-ci ilədək Ermənistan və Dağlıq Qarabağ ermənilərin  aarsıdna 74 faizi arasında Qarabağın birləşdirilməsi barədə ciddi təbliğat işi aparılmışdı.

Bütün bunlar sübut edir ki, Kremlin bütün məsələlərdən xəbəri olub, sadəcə ikili münasibət hökm sürdüyündən məsələyə dırnaqarası baxılıb. Əgər Kreml istəsəydi məsələnin qarşısını anındaca ala bilərdi. Amma istəmədi. Baxmayaraq ki, 1987-ci ildə ermənilər tərəfindən Kremlə  ərazi iddiası ilə bağlı  çoxsaylı müraciətlər oldu.  Moskva isə bu məsələni Azərbaycanla müzakirə etmək istəmədi. Hansı ki,  Dağlıq qarabağın Ermənistan birləşdirilməsi ilə bağlı ilk açıq fikirlər 1987-ci ilin noyabrında İrəvanda aksiylar zamanı səslənməyə başlamışdı. Ancaq Moskva məsələni  görməməzliyə vurdu. Bu faktlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağda başlayan separatizm hərəkatının ilhamvericisi və dəstəkləyicisi Kreml olub. Kremlin hər şeydən xəbəri olub və bu gün də həmin prosesin başında duran Kremldir. (ölkə.az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.