Cəmiyyət

Ucarda ağır yol qəzası - 1 ölü, 4 yaralı - FOTO

22 Fevral 2020 20:58
0 Şərh     Baxış: 2 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1964-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Eldar Tofiq oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Türkiyə vətədaşının idarə etdiyi "TIR"la toqquşub.

Nəticədə Bakı şəhər sakinləri - sürücü Qarayev Eldar Tofiq oğlu, sərnişinlər - Qarayeva Fatimə Sabir qızı, Qarayev Sahib Eldar oğlu, Əliyeva Kamalə Sabir qızı və Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan biri - Qərəkməzli Namiq Vahid oğlu vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.