Cəmiyyət

Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı

10 Fevral 2020 19:59
6 Şərh     Baxış: 2 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb.

İlk beşlikdə oğlan uşaqlarına qoyulan Yusif, Uğur, Hüseyn, Əli və Raul, qız uşaqlarına qoyulan Zəhra, Məryəm, Fatimə, Mələk və Zeynəb adları yer alıb.

Həmçinin qeyd olunub ki, 2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına  Murad, Ömər, Ayxan, Məhəmməd, Tunar, qız uşaqlarına isə Ayan, Aylin, Nuray, Dəniz və Nilay kimi adların verilməsi də üstünlük təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.