Cəmiyyət

BDU-dan çinli tələbə ilə bağlı AÇIQLAMA

31 Yanvar 2020 21:39
2 Şərh     Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsinin kimliyi məlum olub.

BDU-dan Milli.Az-a verilən məlumata görə, karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır.

Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb. Tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. 

Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.