Cəmiyyət

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb - FOTO

22 Yanvar 2020 23:33
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu daha məhsuldar olan yeni buğda, arpa və noxud sortları yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə institutdan məlumat verilib.

Bildirilib ki, bununla bağlı "Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının toplanması, in situ/on-farm və ex situ şəraitdə mühafizəsi, tədqiqi, özək və əlamət kolleksiyaların yaradılması və seleksiyada istifadəsi" mövzusunda tədqiqat aparılıb.

Tədqiqat nəticəsində bərk buğdanın "Maya", yumşaq buğdanın "Start", çoxcərgəli arpanın "Cəmil", noxudun "Cəmilə", inək noxudunun "Ayla" sortları yaradılıb. Əvvəlkilərdən daha məhsuldar olan bu sortlar Azərbaycanın müxtəlif regionlarında becərilmək üçün rayonlaşdırılıb.

Artıq yeni sortlara Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən patent verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.