Günün qoroskopu: ekstravaqantlıq etməyin, qeyri-adi saydığınız əşyalara və ənənəvi olmayan əyləncələrə pul xərcləməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - baş verən hadisələr ciddi diqqət və ehtiyat tələb edir. Zəifləyən nə varsa, tam xarab ola bilər. Münasibətlərdə böhran yaranması, gərək olduğu addımın atılmasının mümkünsüzlüyü hissinin yaranması istisna deyil. Deymos və İonun münasibətləri hadisələrin ritmini dəyişir. Sizə qalan o ritmə uyğunlaşmaqdır. Böyük ümidlər bəslədiyiniz planları daha yaxşı vaxtadək təxirə salın.
Buğa - dəyərləndirmə, reaksiya və tələblərlə tələsməyin. Dəyişən məqamlarda yenilikləri anlayaraq dəyərləndirə bilərsiniz. Hadisələrin ritm və mənasının dəyişməsindən yararlanaraq faydalanmağa çalışın. Əgər nə isə hazır deyilsə və bu məsələni çözmək mümkün deyilsə, başqa işlə məşğul olmağa başlayın.
Əkizlər - bütün bunlar münaqişələrə səbəb ola bilər. Yaxşı tanıdığınız, bələd olduğunuz insanlarla təmaslarla kifayətlənin. Yad təsir altına düşməyin. Maliyyə problemlərini tələsik həll etməyə çalışmaq, bədxərclik etmək arzuolunmazdır. Bu gün əsla kredit və ya borc götürməyin. Nüfuzunuzu qoruyun.
Xərçəng - maliyyə işlərinizdə qayda yaradın. Sənədləşdirmələr və hüquqi məsələlərin həlli üçün uğurlu gündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin pisləşməməsi üçün danışmaqdan daha çox dinləyin. Diqqətli olun, faydalı məlumatı qaçırmayın. Şəxsi münasibətlərdəki problemi həll edin.
Şir - əhvalınız dəyişkən olacaq. Xırda məsələlər və detallara görə qayğılanmayın. Eyni zamanda, heç bir səbəb olmadan eyforiyaya qapılmayın. Müsbət təmayüllərin təsiri güclü olacaq və bu səbəbdən də günün ikinci yarısından etibarən proseslər sizə sərfəli məcrada cərəyan edəcək.
Qız - bu günü fayda ilə keçirməyə çalışın. Adi günlərlə müqayisədə bu gün tənbəl, süst, ətalətli olmayın. Astagəl davranışlarınız əhvalınızı korlayar, sizi hövsələsiz və qıcıqlı edə bilər. Pullarla maksimal dərəcədə qənaətli davranın, lazımsız əşyalar almayın. Riskli anlaşmalarla razılaşmayın, vədlər verməyin. Məxaric əvəzinə mədaxili düşünün.
Tərəzi - asan və sadə gün deyil. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə çətinliklərin yaranmaması üçün ifrat dərəcədə tələbkar, dəyərləndirmələrinizdə sərt olmayın. Ehtiyac duyulmayan vaxtda və yerdə fikrinizi söyləməyin, mövqeyinizi tam açıq bildirməyin.
Əqrəb - yalnız bir məsələ ilə məşğul olun. O, əsaslı, bitkin və perspektivli olmalıdır. Orqanizmin enerji tonusunun bərpasına fikir verin. Yeni təəssüratlar, şəraitin dəyişməsinə, yeniliyə ehtiyac duyulur.
Oxatan - asan gün deyil. Mühüm məlumat və çox dəyərli təcrübə əldə edə bilərsiniz. Vaxtınızı ikinci dərəcəli işlərə sərf edərək də keçirə bilərsiniz. Çox yəqin ki, belə vaxt "qətli" xoşunuza gəlsin. Lakin belədə əvvəllər başladığınız işləri başa çatdırmaq, planlarınızı reallaşdırmaq şanslarını itirəcəksiniz.
Oğlaq - Gün ərzində enerjili, aktiv olun. İşdə və şəxsi münasibətlərdə təşəbbüslə çıxış edin. Ümumi maraqlara əsaslanan tanışlıqlar perspektivli ola bilər.
Dolça - ekstravaqantlıq etməyin, qeyri-adi saydığınız əşyalara və ənənəvi olmayan əyləncələrə pul xərcləməyin. Şəxsi münasibətlərdə soyuqqanlı və ayıq olun. Rəğbətə əsla layiq olmayan insanları özünüzə çox yaxın etməyin. Tədbirlərdə çıxış etməyə can atmayın. Daha çox dinləyin, müşahidə edin.
Balıqlar - ön planda olmağa çalışmayın. Arxa planda durun, günün hadisələrindən, habelə əldə etdiyiniz nəticələrdən çox adamın xəbərdar olması maraqlarınıza ziddir. İdeyalarınızı da açıqlamayın. Əks təqdirdə onları sizə qarşı kimsə reallaşdıra bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)





