Cəmiyyət

"10 yaşlı Nərminin cənazəsini evə gətiririk"- Qənirə Paşayeva

7 Yanvar 2020 19:16
8 Şərh     Baxış: 5 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün ölkə gündəmini 40 gündür itkin düşən Nərminin yandırılaraq evinin yaxınlığına atılması xəbəri silkələyib.

Milli.Az xəbər verir ki, hazırda Tovuzda olan millət vəkili Qənirə Paşayeva azxeber.com-a açıqlama verib. O deyib ki, 10 yaşlı Nərminin cəsədinin ekspertiza prosesi artıq başa çatıb: "Gün ərzində Tovuz rayon mərkəzi xəstəxanasında olmuşuq. Artıq ekspertiza işləri bitib. Cənazəni evə gətiririk. Kimin günahkar olduğunu məhkəmə ekspertizasının rəyindən sonra hüquq mühafizə orqanları deyəcək. Ancaq onu deyə bilərəm ki, bütün güc strukturları, Bakıdan gələn ekspertlər qatilin tapılması üçün əlindən gələni edir. Ümid edirəm ki, qatil tez bir zamanda tapılıb layiq olduğu cəzanı alacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.