Cəmiyyət

Alça ağacı qış fəslində bar verib - FOTO

8 Yanvar 2020 07:48
1 Şərh     Baxış: 2 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində qış fəslində maraqlı təbiət hadisəsi baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kənd sakini Leyla Hüseynovaya məxsus evin həyətində alça ağacı bar gətirib.

Ev sahibi deyir ki, bu cür təbiət hadisəsi ilə ilk dəfədir qarşılaşır. Ağac bir müddət öncə çiçəkləsə də, Leyla Hüseynova həmin çiçəklərin bara çevrilməyib töküləcəyini zənn edib. Çünki alça ağacı payız-qış fəslində artıq dərəcədə gün şüaları qəbul etdikdə çiçəkləməyə meyilli olur. Lakin çiçəklər bara çevrilib.

Qış alçası hələlik tam yetişməyib. Yayda yetişənlə qışda yetişən alça arasında heç bir dad fərqi yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.