Cəmiyyət

Bayram gecəsi sərnişinlərin daşınması üçün əlavə avtobuslar ayrılıb - FOTO

1 Yanvar 2020 12:40
0 Şərh     Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram gecəsi şəhərdə artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi bir sıra tədbirlər həyata keçirilib. Nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasını təmin etmək üçün Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzində qərargah yaradılıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, axşam saatlarında nəqliyyat axınının artması səbəbindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib. Əsas nəqliyyat yükü daşıyan küçə və prospektlərdə svetoforlara "yaşıl dalğa" əmri verilib.

Sıxlıq müşahidə olunan yollarda müntəzəm marşrut xətti üzrə avtobusların sərbəst keçidini təmin etmək üçün DYP-la birgə tədbirlər görülüb.

Atəşfəşanlıq bitdikdən sonra Dənizkənarı Milli parkdan gələn vətəndaşların müxtəlif istiqamətlədə daşınması məqsədi ilə isə metro stansiyalarının ətrafına müvafiq marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilib. Sərnişindaşımaya nəzarət üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları müxtəlif ərazilərə cəlb edilib.

Piyadaların və sərnişinlərin rahat hərəkətini təmin etmək üçün qanunsuz parklanmalara qarşı tədbirlər də görülüb. Avtobus dayanacaqlarını zəbt edən minik avtomobillərinə qarşı mübarizə tədbirləri həyata keçirilib. Nəticədə avtobusların dayanacaq məntəqələrinə rahat daxil olması və çıxması təmin edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi bayram tətili günlərdində də işini xüsusi rejimdə davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.