Cəmiyyət

Bakıda bu işçilərin əməkhaqqı artıb

23 Dekabr 2019 09:10
1 Şərh     Baxış: 4 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 845,1 manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 21,2 faiz çoxdur, cari ilin sentyabr ayı ilə müqayisədə isə 97,0 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.