Cəmiyyət

Məzahir Pənahov və Gürcüstan MSK sədri bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparıblar

22 Dekabr 2019 19:27
0 Şərh     Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan Respublikasında bələdiyyə seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, MSK sədri Məzahir Pənahov deyib ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri T.Jvaniya ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. Bələdiyyə seçkilərinə hazırlıqlardan danışan MSK sədri M.Pənahov bildirib ki, dekabrın 22-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.